• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1957
— 16.10.2017 18:43

Gürcüstandan gələn avtomobildən 28 telefon çıxdı

KepezTV Player

Gürcüstandan ölkəmizə gələn avtomobildə 28 mobil telefon aşkar edilib. Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Azərbaycan vətəndaşının idarə etdiyi "Mitsubishi Pajero" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin salonunda, döşəmədə düzəldilən xüsusi saxlanc yerindən gömrük nəzarətindən gizlədilən mobil telefonlar və həmin telefonlara aid qutular aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı