• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1132
— 16.10.2017 19:18

Ağır yol qəzaları baş verdi

KepezTV Player

Lənkəran rayonunun Boladı kəndi ərazisində "Qazel" markalı yük maşını yolu keçmək istəyən iki piyadanı vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 yaşlı Elvin Cəfərov və 23 yaşlı Nihat Hüseynov dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti daha ağır olan Nihat Hüseynov reanimasiya şöbəsinə, Elvin Cəfərov isə travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Gəncə-İmamzadə avtomobil yolunun 2-ci kilometrliyində Samux rayon sakini, 31 yaşlı Sabir Məmmədov idarə etdiyi “VAZ 2106” ilə hərəkətdə olarkən yolu keçmək istəyən həmyerlisi, 38 yaşlı Elnur Quliyevi vurub. Sürücü xəsarət alan piyadanı xəstəxanaya apararkən o, yolda dünyasını dəyişib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. Hadisəni törədən VAZ-ın sürücüsü saxlanılıb.

Bakının Sabunçu rayonunda da ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Kürdəxanı qəsəbəsində "Moskviç" və "Toyota Prado" markalı minik avtomobillərinin toqquşması nəticəsində qeydə alınıb. Dairəyə daxil olan "Moskviç" hərəkətini davam etdirərkən "Toyota" yüksək sürətlə gələrək gözləmə nişanının tələbini pozub və "Moskviç"in orta hissəsinə çırpılıb. Nəticədə 54 yaşlı Tofiq Hüseynov ölüb, onun sərnişini, 47 yaşlı Mürsəl Babayev isə ağır yaralanıb. Nəsimi rayonu ərazisində isə avtomobilin aşması ilə nəticələnən yol qəzası olub. Hadisə Hənifə Ələsgərov küçəsində qeydə alınıb. 22 yaşlı Nicat Kamilzadə idarə etdiyi "Toyota Corollo" markalı avtomobillə Tbilisi prospekti istiqamətində hərəkətdə olarkən yolun təmir işləri gedən hissəsini görmədiyi üçün idarəetməni itirib və avtomobil aşaraq əvvəlcə səkiyə, ardınca isə işıqfora çırpılıb. Nəticədə sürücü xəsarət almasa da, maşın deformasiyaya uğrayıb. Yol infrastrukturuna ciddi ziyan dəyib. Aşmış avtomobil Yol Patrul Xidməti əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilib.

 

Zülfiyyə Telmanqızı