Bir zamanlar Viktor Klaynın yaşadığı bu evdə indi ondan qalan xatirələr barınır... və uzun illərdir ki, həm bu ev, həm də xatirələr Fikrət İsmayılova əmanətdir... Viktor Klaynın 72 illik ömürün 56 ilinə şahidlik edib Fikrət müəllim.
Fikrət İsmayılov Viktor Klaynın dostu:“Mənim Viktorla dostluğum, yoldaşlığım 1951-ci ildəndir. Mən tez-tez bura gəlib geirdim. Viktor evlənməmişdi. Elə onu görə də belə yoldaşlıq edirdim. Özü pianinoda çox yaxşı ifa edirdi. Rəhmətlik Rəşid Behbudovun “Zibeydə” mahnısını çox sevirdi. Azərbaycan dilində, Nizamidən, Füzulidən şeirlər də deyirdi”.
Uzun illər Göygöldəki radiodtansiyada çalışmasına baxmayaraq, şərabçılıq Viktor Klaynın həyatının ayrılmaz bir hissəsi olub.
Fikrət İsmayılov Viktor Klaynın dostu:“Bura zirzəmisidir. Zirzəmidə olan çaxır çənlərinin hündürlüyü 3 metr idi. Palıd ağacından düzəldilmiş çəlləklər idi. O çəlləkləri elə zirzəmidə düzəltmişdilər”. Evin hər əşyası, hər küncü, hər bucağından “alman mədəniyyəti”nin qoxusu gəlir. Elə bu səbəbdəndir ki, binanın “Qafqaz almanlarının tarix müzeyinə” çevrilməsi məsələsi gündəmdədir.
Fikrət İsmayılov Viktor Klaynın dostu:“Viktor burada yatmışdı. Mən isə oturmuşdum yanında. Mən notarius da dəvət etmişdim. Ətrfalı söhbət etdik. Mən dedim ki, Viktor, vəziyyətin ağırdır. Birdən bir hadisə olar. Evin haqqında nə fikirdəsən? Cavab verdi ki, evi verirəm sənə. Mən etiraz etdim. Dedim ki, Viktor biz neçə illərdir, dostuq, yoldaşıq. Bu yoldaşlığı ev üçün etməmişəm. Bir yerdə razılaşdıq ki, bu evi müzey edək. Alman irsinə aid ev müzeyi”.
Viktor Klaynın dostuna vəsiyyəti tək bu olmur. O, vəfatından sonra Göygöldəki qədim alman məzarlığında, qohumlarının yanında dəfn olunmağı istəyir.
Fikrət İsmayılov Viktor Klaynın dostu:“Bunlar Viktorun ana tərəfdən qohumlarının qəbridir. Bu isə mənim dostum Viktorun məzarıdır. Nə cür demişdi, hansı formada demişdi, o cür də etmişik. Məzarın üzərini öz dediyi kimi düzəltmişik. Məzarın ətrafına ağaclar da əkmişik”.
“Helenendorf”un sonuncu alman nümayəndəsi artıq 10 ildir ki, bu həyatda deyil... amma ondan geriyə qalanlar qorunub saxlanılır, saxlanılacaq da... Çünki multukulturualizmin həyat tərzi olduğu bir ölkəyə yaraşan da məhz budur...
- Baxış: 1168