• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2330
— 14.10.2017 13:40

Samuxda YAP qadınlar şurası partiyanın yaranmasıının 25-ci il dönümünü qeyd ediblər

KepezTV Player

Samuxda rayon qadınları hakim partianın yaradılmasının 25 illiyini bayram edib. Yaradıcısı ulu öndər Heydər Əliyev olan YAP-ın iqtidar partiyasına çevrilməsi, şərəfli fəaliyyəti, hüquqi dövlət quruculuğunda partiya fəallarının fəaliyyətindən danışılıb. Prezident İlham Əliyevin partiya qurucusunun siyasətinə sadiqliyi önə çəkilib, ölkədə, o cümlədən Samuxda reallaşdırılan geniş miqyaslı layihələrdən söz açılıb. Rayonun ictimai həyatında partiya üzvü olan qadınların roluna toxunulub, Samuxda 22 il bundan öncə fəaliyyətə başlayan siyasi təşkilatın 3094 nəfər qadın üzvü olduğu vurğulanıb. YAP-ın Samuxda 82 ərazi ilk partiya təşkilatında 5380 üzvü var ki, onlardan da 100-ə yaxını bu il ərzində partiya sıralarını qəbul olunub.

Kəmalə Xəlilova YAP Samux rayon təşkilatının qadınlar şurasının sədri: Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibəti ilə rayonumuzda silsilə tədbirlər keçirilir. Kəndlərdə qəsəbələrdə partiya fəalları ilə görüşlər təşkil olunur. Bu gündə həmin tədbirlərin davamı olaraq qadınlar şurasının iclasını keçiririk.

Natiq Hüseyn