KepezTV Player
Üç qardaş və qonşunun əlbir olaraq narkotik bitki əkib-becərməsi azadlıqları bahasına başa gələcək. Çünki polis Balakən sakinlərinin arzusunu ürəklərində qoyub. Saxil olan məlumat əsasında Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gərəkli kəndinin ərazisində kənd sakinləri Oqtay Dibirov, Məhəmməd Abdullayev, onun qardaşları Mühiddin və Elçin tərəfindən kultivasiya yolu ilə yetişdirilən 21 ədəd çətənə kolu və 439 qram marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxslərin yaşadıqları mənzillərə də baxış keçirilib və ümumilikdə 731,25 qram marixuana aşkar edilərək götürülüb. Fakt araşdırılır.
- Baxış: 619