KepezTV Player
Sentyabrda dövlət sərhədini pozduğuna görə 53 nəfər saxlanılıb. Onların 19-u Azərbaycan, 9-u Özbəkistan, 16-sı İran və digər ölkələrin vətəndaşlarıdır. 1118 nəfər barədəsində sərhəd rejim qaydalarını pozduğuna görə müvafiq tədbirlər görülüb. Axtarışda olan 445 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. 29 kq-a yaxın narkotik maddənin sərhəddən keçirilməsinin qarşısı alınıb. Ay ərzində ümumi dəyəri 1 milyon 851 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 2 ədəd siqnal tapançası, 2 ədəd mina və dərman digər vasitələr,sənaye və kənd təsərrüfatı malları saxlanılıb.
- Baxış: 628