• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 761
— 12.10.2017 23:02

Qəza nəticəsində 6 nəfər yaralandı

KepezTV Player

Bakı-Şamaxı yolunda 6 nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib. İki “Mercedes” Qobustan rayonunun Ceyrankeçməz adlı ərazisində toqquşub. Nəticədə 34 yaşlı Bəhruz Əhmədov, 39 yaşlı İradə Sadıqova, 31 yaşlı Nicat Günəşov, 26 yaşlı Fuad Qurbanzadə, 35 yaşlı Rabil İbrahimov, 27 yaşlı Vüqar Niftalıyev yaralanıb. Zərərçəkənlər təcili yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.