• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1784
— 12.10.2017 15:48

Sürücülərin diqqətinə!

KepezTV Player

Sıradakı sujetimiz daha çox sürücülər üçün cəlbedici olacaq. Belə ki, bir müddətdir Gəncədə, müxtəlif ərazilərdə quraşdırılan parkomatlar avtomobillərini park edənlər üçün ödənişi vacib edir. Bu yolla sürücülər və dayanacaq nəzarətçiləri arasında yaşanan mübahisələrin yekunlaşacağı və ödənişin mərkəzləşdirilmiş formada qəbulu hədəflənib.  

Pilot layihə kimi quraşdırılan parkomatlar Gəncənin Nizami rayon ərazisini əhatə edir. Yol kənarlarında, hərəkətin təhlükəsizliyinə və sıxlığa səbəb olmayan yerlərdə 11 parkomat qoyulub. 24 saat fasiləsiz işləyən parkomatlardan isə sürücülərin istifadəsi hələlik istənilən nəticə vermir. Çünki...

Sədrəddin Məmmədov sürücü: Mən parkomatdan istifadə edə bilmirəm. Ona görə də məcbur qalıb burdan elə kim yaxınlaşsa ona pul veririk.   

Qalib Qurbanov sürücü: Mən də bacarmıram istifadə etməyi ona görə stoyanşikə pul veririk.

Diqqət! Ödənişli dayanacağa daxil olursuz – lövhəsi olan yerlərdə park edənlər 1 saat  üçün 30 qəpik ödəməli olur. Parkomatlar vasitəsiylə bunu edə bilməyənlərə isə dayanacaq nəzarətçiləri yardım edir.

Vəli Cənnətov nəzarətçi: Vətandaşların bəziləri istifadə edə bilir. Bacarmayanlara isə biz kömək edirik. Çeklərini vurub avtomobillərinin üzərinə qoyuruq və bilinirki bu avtomobil ödəniş edib.

Hələlik Nizami bələdiyyəsinin ərazisində yerləşdirilən parkomatlar ilin sonuna kimi bütün şəhərin əhatə edəcək.

Azər Nəsibov Gəncə şəhəri üzrə layihənin rəhbəri:  Hal hazırda bizim bütün parkomatların yanlarında nəzarətçilərmiz dayanır. Və o nəzarətçilər bütün əhaliyə xidmət göstərirlər. Bilməyənlər onlara yaxınlaşıb ətraflı məlumat ala bilərlər.

Ödənişli dayanacağa daxil olan sürücülər avtomobillərini xüsusi xətlənən yerdə saxlamaqla digər yol hərəkəti iştirakçılarının da rahatlığını təmin etmiş olar.  

Elton Cabbarlı