• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1594
— 10.10.2017 14:54

Yağış suları ağ qızılın məhsuldarlığına mənfi təsir göstərib

KepezTV Player

Goranboylu fermerlərin bol məhsul əldə etmək istəyi gözlərində qalıb. Yığıma başlanılan ilk günlərdə nəticənin yaxşı olacağı gözlənilsə də aramsız yağan yağışlar buna imkan verməyib. Fermerlər ağ qızılı “ziyanın yarısından da qayıtmaq xeyirdir” deyimindən irəli gələrək tez bir zamanda yığmaq niyyətindədir.

Rasim Həsənov fermer: 10 hektar pambıq sahəm var. Biz bu il pambıdan yüksək məhsul gözləyirdik. Lakin havaların belə yağmurlu keçməsi məhsulun sentnerinə təsir eləyib.

Oktyabr ayının ilk beş günündə müşahidə olunan yağışlı hava tək Rasim   Həsənov deyil digər fermerlərin də işini çətinləşdirib. Bu səbəbdən də pambıq yığımında xüsusi texnikalarla yanaşı əl əməyindən də istifadə olunur. 

Aqil Əsgərov fermer: Yağışlı hava pambığın çəkisinə təsir göstərir. Yəni vaxtlı-vaxtında yığılmayanda çəkisini itirir sentner aşağı düşür. Havalar imkan versə pambığın son dənəsinə qədər yığıb təhvil verəcəyik. Hal-hazırdada hər hektarda orta məhsuldarlıq 30-35 sentner arasında olur.

Goranboy rayon icra hakimiyyətinin rəsmləri də yağışın ağ qızıla mənfi təsəirindən narahatdırlar. İcra hakimiyyətinin baş məsləhətçisi Yasin Məmmədovun sözlərinə görə, hazırda məhslun maksimum şəraitdə itkisiz toplanılması üçün sürətli iş aparılır.

Yasin Məmmədov Goranboy Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi: Biz bu il 12500 ton məhsul yığılacağını proqnozlaşdırırdıq. Lakin son günlər havanın belə qeyri sabit kimi keçməsi proqnozların azalacağını deməyə əsas verir. 

Nəzərə alsaq ki, snoptiklər qarşıdadkı günlərdə də havanın yağmurlu keçəcəyini proqnozlaşdırılır, onda Goranboylu fermerlərin bir qədər də tələsməlidir. Bu mövsüm rayonda 5000 hektar sahədə pambıq əkilib.

Natiq Hüseyn