Samux rayonunda əhalinin elektrik enerjisi ilə təchizatı Rayonun Yenikənd kəndində və Qarayeri qəsəbəsində müasir tələblərə tam cavab verən yeni yarımstansiya inşa olunub. 129 klometr istismar müddətini başa vuran naqil sip kabellə əvəzlənib. 1000-dən çox yararsız dayaq dəyişdirilib. Müxtəlif kənd və qəsəbəlrədə 57 yeni transformator məntəqəsi yaradılıb. Hazırda işlər Samux şəhərinin yeni salınan yaşayış massivlərində və Alabaşlı kəndində davam etdirilir. Görülən işlər abonentləri xeyli rahatlaşdırıb. Əvvəlki illərdən fərqli olaraq indi sakinlər elektrik enerjisi sarıdan əziyyət çəkmirlər.
Xəqani Quliyev – sakin: “Azərişıq yaranadan bəri bütün dayaqlar dəyişirilib. Yeni yarımstansiya qurulub. İşıqla bağlı heç bir narzalığımız yoxdur”.
İlqar Ələkbərov – sakin: “İndi işıqlarımız əvvəlkinə baxnada çox yaxşıdır. Əvəllər tez-tez işıqlar sönürdü. Yarımstansiya yarandan sonra vəziyyət yaxşılığa doğru dəyişib”.
Nizami Ələsgərov - Qarayeri bələdiyyəsinin sədri: “Tarnsformatorlar dəyişdirilib. İşıqda fasilə olmur. Tək Qarayeri qəsəbəsi yox bütün Samux rayonunda elektrik enerjisi ilə bağlı vəziyyət düzəlib”.
Natiq Hüseyn
- Baxış: 638