• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2079
— 09.10.2017 10:03

Bu da Volvo-nın ən kiçik krossoveri

Volvo markasının ən kiçik krossoveri peyda olub. XC40 modeli BMW X1 və Audi Q3 avtomobilləri ilə rəqabət aparacaq. Krossoverin platforması (CMA) Geely şirkəti ilə birgə ərsəyə gətirilib. XC40 bazarda iki silindrli dizel və benzin mühərriklə təklif olunacaq. Birincinin at gücü 190, ikincininki isə 254-dür. Yeni İsveç maşınını həm hibrid, həm tamamilə elektrikli, həm də üç silindrli motorla almaq olar. Ancaq xarakteristika açıqlanmır. Ön və tam ötürücülü versiyada olan XC40-də bir sıra elektron köməkçilər və təhlükəsizlik sistemləri də quraşdırılıb. Söhbət yola nəzarət edən, dairə görünüşü göstərən, arxa tərəfdən nəqliyyat vasitəsinin yaxınlaşmasını xəbər verən, piyada və velosipedçiləri müəyyən edən təcili əyləc sistemlərindən gedir. Ofroud Pilot Assist adlı aktiv kruiz kontrol və şaquli ekranı olan Sensus multimedia sistemi ilə də komplektləşdirilib. İsveçlilər XC40 krossoverində Care by Volvo adlı yeni servis işə salıblar. Bu servisə görə avtomobili əldə edən ona görə tamamilə yox, aylıq ödəniş də edə bilərlər. Bura sığorta və vergi xərclərinin ödənişi də daxildir. Servis malların maşına yüklənməsi, avtomobilin yuyulması və texniki xidmət də təklif edir. Care by Volvo sayəsində sürücülər naqilsiz açar vasitəsilə maşını dostlarına və yaxınlarına həvalə edə bilərlər. Bu servis ilk olaraq İsveç, Böyük Britaniya, Almaniya, İtaliya, Norveç, Polşa və ABŞ-da keçərli olacaq. Volvo XC40-ın istehsalına gəldikdə, önəmli hadisə noyabrdan Belçikada başlayacaq.

 

Cavanşir Məmmədzadə