• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 817
— 06.10.2017 13:09

Qonaq çağırdığı dostunu döyərək xəstəxanalıq etdi

KepezTV Player

Bakının Sabunçu rayonunun Xəstəxanayanı küçəsində döyülmə hadisəsi baş verib. Bələ ki, dostu 28 yaşlı Salyan rayon sakini İsmayıl Əhmədovu yeyib-içmək məclisinə dəvət edib. Məclisin sonunda ev sahibi İsmayıl Əhmədovdan gözlənilməz bir şey istəyib, yəni yeyib-içdiklərinə görə pul tələb edib. Bu da tərəflər arasında mübahisəyə səbəb olub. Nəticədə ev sahibi qonağı döyərək onun baş nahiyəsinə külqabı ilə xəsarət yetirib. Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsində araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı