• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1143
— 06.10.2017 10:01

Bu bilərzik bədəninizə istədiyiniz temperaturu verəcək

Kickstarter kraudfandinq platformasında Embr Wave adlı qeyri-adi bilərzik uğurlu vəsait toplayıb və artıq istehsalata hazırlaşır. Personal termostat bilərzik hələ 2013-cü ildə konsepsiya kimi meydana çıxmışdı və həmin vaxt Massaçusets Texnologiya İnstitutunun mühəndisləri buna görə müsabiqələrin birində mükafat da almışdılar. Bu hadisədən 4 il keçib və müəlliflər əlavə araşdırmalardan sonra  onu bazara çıxarmağın bir addımlığındadırlar. Embr Wave bilərziyinin işi sahibinə isti olarsa sərinlik, soyuq olarsa istilik verməkdir. Tənzimləyicinin köməyilə istifadəçi istədiyi temperaturu təyin edə bilər. Daxili batareyalar cihaza iki-üç gün işləməyə imkan verir. Xəbər yayılana qədər bu layihənin istehsalı üçün 375 min dollar çox pul yığılıb. Embr Wave-in ilk çatdırılmaları gələn ilin iyul ayına planlaşdırılıb. Termostat bilərziyin minimal qiyməti 200 dollardır.

 

Cavanşir Məmmədzadə