Rayon Mərkəzi Xəstəxanasında yeni şöbələrin istifadəyə verilməsi Gəncə və ətraf rayonlarda yaşayan kəlbəcərlilərin elə öz xəstəxanalarında müayinə və müalicəsinə imkan yaradır. Bu münasibətlə məcburi köçkün həyatı yaşayanlar xeyriyyə aksiyasında da iştirak edib.
Bu gündən Kəlbəcərdən olan məcburi köçkünlər rayon xəstəxanasında cərrahiyyə və mama-genkologiya xidmətlərindən tam olaraq istifadə edə biləcək. Cərrahi əməliyyat, sarğı, reanimasiya otaqları və palatalar yaradılan şöbələr Səhiyyə Nazirliyi tərəfindən lazımı tibbi avadanlıqlarla təchiz olunub.
Nicat Şəfiyev- Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının həkim-cərrahı: “Təəsüflər olsun ki, xəstəxanamızda bu vaxta qədər normal cərrahiyyə əməliyyatlarını icra etmək mümkün deyildi. Şərait olmadığına görə biz məcbur qalaraq bir çox hallarda xəstələrimizi digər cərrahi profilli xəstəxanalara və şöbələrə müalicə, əməliyyat üçün göndərmişik”.
10 ay ərzində yenidən tikilən şöbələr üçün binalarla yanaşı tibb ocağının digər bölmələrində də təmir-tikinti işləri aparılır.
Mehparə Kazımova - Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi: “Xəstəxanamızın ərazisin də cərrahiyyə və mama-ginekoloji şöbələrin istifadəyə verilməsi, xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə xidmət edəcək. Xəstəxananın digər şöbələrinin və palataların təmiri ilin sonuna kimi Qaçqınlara Sosial İnkişaf Fondu tərəfindən təmir olunaraq istifadəyə verilməsi nəzərdə tutulub”.
Yeni şöbələrin istifadəyə verilməsinə həsr edilən tədbirdə YAP Kəlbəcər rayon təşkilatına qəbul edilən tibb işçilərinə üzvlük vəsiqələri təqdim olunub. Ardından kəlbəcərlilər “Qan ver yaşat” adlı aksiyaya qatılıblar. 100-ə yaxın könüllüdən qan götürülüb.
Səbinə Səfərova - aksiya iştirakçısı: “Qan vermə aksiyasında fəal şəkildə iştirak elədim. Buna ürəkdən qoşuldum. Çox şadam ki, hansısa xəstənin xüsusi ilə talasemiyyadan əziyyət çəkən körpə uşaqların hansınasa yarıyarsa özümü çox xəşbəxt hiss edərəm”.
Bəşir Bəşirov - aksiya iştirakçısı: “Hal hazırda keçirilən qan vermə aksiyasın da iştirak eləmişəm. Mən Kəlbəcər rayon cammatından xahiş edirəm ki, bu qan vermə aksiyasında fəal iştirak eləsinlər. Bu hər bir vətəndaşın könüllü borcudur”.
Yığılan qan ehtiyatı Mərkəzi Qan Bankının Gəncə bölməsində xəstəliklərə qarşı yoxlanıldıqdan sonra təyinatı üzrə istifadə olunacaq. Kəlbəcər rayon Mərkəzi Xəstəxanasında ümumilikdə 5 nəfər irsi qan xəstəliyindən əziyyət çəkən sakin qeydiyyatdadır.
Elnur Vahidoğlu
- Baxış: 584