Göygöl rayonunda Pezident İlham Əliyevin sərəncamına əsasən, gənclərin həqiqi hərbi xidmətə yola salınması əsl bayram çevrilib. Çağırışçı gənclər yolasalınma mərasimindən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Həmçinin Heydər Əliyev mərkəzində ulu öndərin ictimai, siyasi fəaliyyətini əks etdirən stendlərlə tanış olublar. Yolasalma mərasimində çıxış edənlər müstəqil Azərbaycanın milli ordusunda xidmət etməyin ən böyük şərəf olduğunu bildiriblər. Azərbaycan ordusunun güclü maddi texniki bazaya malik olduğunu və hərbi hissələrdə şəraitin daha da yaxşılaşdığı diqqətə çatıdırılıb. Çağırışçılar isə komandirlərinin tapşırıqlarını sözsüz yerinə yetirəcəklərinə, onlara göstərilən etimadı nümunəvi xidmətləri ilə doğruldacaqlarına söz veriblər. Tədbirdə ordudan təxris olunan gənclərə hərbi bilet və qiymətli hədiyyələr təqdim olunub. Hərbi xidmətə yola salınan gənclər isə dövlət bayrağını öpərək, sədaqət andı içiblər. Şən mahnı və rəqslərlə davam edən tədbirdən sonra çağırışçılar hərbi hissələrə yola düşüblər.
İbrahim Novruzov valideyn: Bu günkü Göygöl camaatı üçün toy bayramdı. Çünki bizim gələcyimiz olan övladlarımız öz vətənimizi qorumağa gedirlər. Bu bizim üçün böyük qürurdur. Mən əminəm ki bizim öv bizim balalarımız Göygöl rayonunun adını uca tutacaqlar.
Firuddin Hacıyev çağırışçı: Bizim hərbi xidmətə yola düşmək çoxdanki arzumuz idi. Biz gedib vətənimizin keşiyində daycağıq. Bütün komandrlərimizin əmrlərin i yerinə yetirəcəyik.
Natiq Hüseyn
- Baxış: 1409