• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1119
— 28.09.2017 10:02

Bugatti Chiron saatda 450 kilometr sürət yığır

Bugatti şirkəti Chiron hiperkarının saatda 400 kilometr sürət yığmasını göstərən videoçarx paylaşıb. Rekordçu göstəricini 32,6 saniyəyə yerinə yetirib. Bu müddət 2,6 kilometr məsafədə qeydə alınıb. Daha 9,3 saniyə və 491 metr getdikdən sonra tamamilə dayanıb. “Şiron”a bütün bu tapşırıqları yerinə yetirmək üçün 41,96 saniyə, 3112 metr lazım olub. Sükan arxasında isə Formula-1 yarışlarının eks-pilotu Xuan Pablo Montoyya əyləşib. Chiron 8 litrlik W16 aqreqatı ilə hərəkətə gəlir. Onun at gücü 1500-ə çatır. Kupe ilk “yüzü” 2,5 saniyəyə yığır. Rəsmi elan olunmuş maksimal sürət isə saatda 420 kilometrdir.

 

Cavanşir Məmmədzadə