• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1531
— 28.09.2017 15:39

Samuxda “Ümumdünya Turizm günü” qeyd olunub

KepezTV Player

Samux rayonunun mədəniyyət müəssisələrində “Ümumdünya Turizm günü” ilə əlaqədər olaraq silsilə tədbirlər keçirilir. Sərkar kəndində baş tutan tədbirdə turizmin inkişafı istiqamətində görülən işlərdən danışılıb. Bölgədələrdə yeni turizm obyektlərinin yaradıldığı və turistlərin ölkəmizə axın etməsi müsbət hal kimi dəyərləndirilib. Çıxış edənlər əsas diqqəti Kür qırağı ərazidə görüləcək işlərə yönəldiblər. Rayonda məktəblilərin əl işlərindən ibarət sərgi, dəyirmi masa və konsert proqramı da təşkil olunub. Anoloji tədbirlər ayın sonunadək davam etdiriləcək.

Süleyman Əliyev Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi: Əsas məqəsdimiz budur ki insanlarımız digər bölgəlrədə olduğu kimi Samuxdada turizmlə bağlı layihələrdən məlumatlı olsunlar. Samux rayonu ərazisində Eldar Şamı adlı milli qoruq vardır. Bu qoruq Azərbaycanda işlənilən yol xəritəsinə həmin obyektdə düşür. Gələcəkdə turistlər Samux rayonu ərazisində olan bu qoruğuda ekskursiya edə biləcəklər.

Natiq Hüseyn