• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1679
— 26.09.2017 18:37

4 nəfər bıçaqlandi

KepezTV Player

Bakının Nizami rayonunun Cəmşid Naxçıvanski küçəsində 23 yaşlı Fərid Şahbazovun tanışı ilə mübahisəsi düşüb. Bu zaman həmin şəxs Fəridi sol döş qəfəsindən bıçaqlayaraq ərazidən uzaqlaşıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırlıb. Həkimlər ürəyə yaxın hissədən bıçaq xəsarəti alan yaralının vəziyyətini ağır kimi qiymətləndiriblər. Hadisə barədə polisə məlumat verilib.

Bundan başqa, Gəncə sakinləri arasında dava düşüb. Hadisə Tağı Arani küçəsində baş verib. 5 nəfər arasında qız üstündə mübahisə düşüb.Nəticədə19 yaşlı Rəhman Mövsümov, 23 yaşlı Sahil Rəsulov , 33 yaşlı Cavid Məmmədov bıçaqlanıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə aparılıblar. 2 nəfər tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.Faktlarla bağlı araşdırma aparılır.