• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1871
— 25.09.2017 12:57

Avtoxuliqanlıq edən taksi şoferi qəza törətdi

KepezTV Player

Bakının Nəsimi rayonu ərazisində minik avtomobili ilə avtoxuliqanlıq edən sürücü qəza törədib. Paytaxt sakini 24 yaşlı Seymur Qurbanov taksi fəaliyyəti ilə məşğul olduğu "VAZ-2107" markalı avtomobillə Hüseynbala Əliyev küçəsində bir neçə dəfə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Bununla kifayətlənməyən sürücü işıqforun qırmızı işığından keçib və avtomobil 23 yaşlı Əlsalam Həmidovun idarə etdiyi "Changan" markalı maşına çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. "VAZ-2107"nin sürücüsü Seymur Qurbanov məsuliyyətə cəlb edilib.

 

Zülfiyyə Telmanqızı