• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2428
— 22.09.2017 12:57

Moped avtomobilə çırpıldı, sürücüsü yaralandı

KepezTV Player

Paytaxt ərazisində ağır qəza baş verib. Hadisə Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində qeydə alınıb. 25 yaşlı Təbriz Abdullayevin idarə etdiyi moped qarşıda hərəkətdə olan, Şahin Şirinova məxsus "Reno" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən mopedin sürücü yerə çırpılaraq, xəsarətlər alıb. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Nərimanov rayon yol polisi şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçiriblər. Sürücülərin izahatları alınıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.

 

Zülfiyyə Telmanqızı