• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 976
— 20.09.2017 14:57

Asan Xidmət dördüncü dəfə Goranboya gəlib

KepezTV Player

Goranboy və ətraf rayonlarda yaşayanların işi asanlaşıb. Çünki 15 gün ərzində “ASAN” Xidmətin səyyar avtobusu Goranboyda əhalinin xidmətində olacaq. Vətəndaşlar notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, daşınmaz əmlak, pensiya təyinatı, şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi kimi xidmətlərdən yararlanacaqlar. Buna qədər 3 dəfə Goranboy rayonunda olan ASAN-nın avtotobusu 24 mindən çox sakinin işinə yarıyıb.   

Nail Məmmədov qrup rəhbəri: “Goranboy rayonunda xidmətə başlamışıq. Əsas müraciətlər şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi notariat fəaliyyəti eləcədə ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi ilə bağlıdır”.

 

Natiq Hüseyn