• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 878
— 19.09.2017 15:03

Turan Bayramov doğma Gəncəyə qayıdıb

KepezTV Player

Yunanıstanda yeniyetmə güləşçilər arasında keçirilən dünya birinciliyinin qəhrəmanlarından biri olan Turan Bayramov doğma Gəncəyə qayıdıb. Paytaxt Afinada düzənlənən mundialda Bayramov sərbəst üsulla 58 kq-da xalça üzərinə çıxıb. Pəhləvan finala kimi bütün rəqiblərini tam üstünlüklə məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. Ardıcıl olaraq Qazaxıstan, İran, Türkiyə və Qırğızıstan təmsilçilərinə qalib gələn güləşçimiz rəqiblərindən ümumilikdə 37 xal alıb və heç birinə xal verməyib. Final görüşündə isə Turan Bayramov Yaponiya idmançısına minimal fərqlə uduzub və yarışı gümüş medalla tamamlayıb.  

Turan Bayramov, dünya birinciliyinin gümüş mükafatçısı: “Görüşlərimin belə asan keçəcəyini gözləmirdim. İranlı rəqibim çox güclü idmançı idi, onu 10:0 hesabı ilə məğlub edəndən sonra rahatlıq yarandı ki, hamını udua bilərəm. Amma finalda arxayınçılıq oldu, bunun və hakim qərəzi nəticəsində məğlub oldum”.

 

Azad Rəfi