• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1238
— 19.09.2017 15:20

ADAU-nun tələbələri üçün praktik dərslər fermada tədris olunacaq

KepezTV Player

Savadlı baytar həkim eləcə də zoomühəndislərin hazırlanmasında praktiki vərdişlər mütləqdir. Bu məqsədlə Gəncədə yaradılan müasir ferma kompleksi aqrar sahədə kadr təminatına yönəldilib. Azərbaycan Dövlət Aqrar Universtetində yeni tədris ilindən istifadəyə verilən kompleksdə artıq tələbələr praktik dərslər keçilir.
 

Zöhrə Babayeva - tələbə: “Dərslərimizi maket üzərində keçirdik. Müəyyən heyvanlar olurdu, bəzən olmurdu. Amma indi şərait yaxşıdı. Birinci dərsimizi heyvanların üzərində keçmişik. Maldarlıq, atçılq tədris mərkəzi var. Südün ilkin emalından tutmuş hər bir şeyi biz əyani formada keçərək görürük. Bu bizə şans verir ki, dərslərimizi daha da yaxşı oxuyaq. Biz tələbələr bir neçə ildən sonra bunların daha geniş formasında işləyə bilərik”.

Baytarlıq fakültəsində oxuyan Zöhrə Babayevanın arzusu işini mükəmməl bilən baytar həkimi olmaqdı. Bu tədris ilindən universitetdə yaradılan ferma kompleksi onun kimi digər tələbələrin də işinə yarıyıb. Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin ərazisində inşa olunan fermada yüksək məhsuldar 12 baş hoşteyn, 7 baş smental və 1 baş mələz cinsindən olan inəklər saxlanılır. Bu isə baytar və zootexniklərin hazırlanmasına şərait yaradacaq.

Nadir Qədirli - tələbə: Bizim üçün burada gözəl şərait yaradıblar. Oxuduqlarımla, praktika vəhdət təşkil edir. Öyrənməyimiz üçün yaxşı şərait var. Burada görüdklərimiz bizim gələcək karyeramızda müsbət nəticələr göstərəcəyinə inanırıq”

 Fermanın atçılıq tədris mərkəzi də fəaliyyət göstərir. Burada Azərbaycanın məhşur at cinsi olan 2 baş Qarabağ və 2 baş Dilboz bəslənilir. Tələbələr birbaşa fermada gedən prosesləri əyani sürətdə izləyə bilirlər.

Telman İsgəndərov - ADAU-nun Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı: “Tələbələrimiz üçün çox maraqlı oldu. Çünki bir başa heyvan üzərində, bir başa ferma şəraitini görüdülər. Gələcəkdə ölkəmizdə tikilən, qurulan böyük fermalarda, mərkəzlərdə tələbələrimiz burada öyrəndikləri bilikləri tətbiq edərək ölkəmizin aqrar sektorun inkişafına öz töhfələrini vercəklər”.

Burada müasir sağım aparatları, yem emalı aqreqatları, üzvi gübrə istehsalı üçün peyinin ilkin təmizlənməsi avadanlıqları da quraşdırılıb. Fermanın içərisində heyvanların yemlənməsi, saxlanılması eləcə də peyvəndləməsi, müalicə profilaktika işlərində tələbələr birbaşa iştirak edə bilir.

 

Elnur Vahidoğlu