KepezTV Player
Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun ölümündə təqsirli bilinən azərbaycanlı Anar Allahverənov Federal Təhlükəsizlik Xidmətinə könüllü təslim olub. Bu barədə “Vostok-Media” hüquq-mühafizə orqanlarındakı mənbəyə xəbər yayıb. Təqsirləndirilən şəxsə qarşı daha əvvəl məhkəmə tərəfindən qiyabi həbs-qətimkan tədbiri seçilib. Hazırda onun istintaq orqanlarına ifadə verdiyi bildirilir.Xatırladaq ki, avqustun 20-də qarışıq döyüş növləri ilə məşğul olan Anar Allahverənov və pauerlifting üzrə dünya çempionu Andrey Draçov arasında Xabarovsk şəhərinin "Qalereya" kafesində baş verən mübahisə dava ilə nəticələnib. Ağır kəllə-beyin travması alan A. Draçov xəstəxanada keçinib, A. Allahverənov isə hadisə yerindən qaçıb.
- Baxış: 737