• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 772
— 17.09.2017 21:20

Yas mərasiminə gedənlər qəzaya uğradı

KepezTV Player

Şəmkirdə yas mərasiminə gedən şəxslər qəzaya uğrayıb. Bakı-Qazax magistralının rayonunun Sabirkənd kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil maneəyə çırpılıb. Qəza zamanı avtomobilin sürücüsü Zəyəm qəsəbə sakini 69 yaşlı Əli Həşimov və sərnişin 76 yaşlı Fərhad Kamranlı müxtəlif bədən xəsarətləri alıblar. Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılan yaralılara tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

 

Elnur Vahidoğlu