• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 766
— 13.09.2017 11:57

Təsərrüfat işləri ilə məşğul olarkən ilan sancdı

KepezTV Player

Ağdaş rayonunda ilansancma hadisəsi baş verib. Rayonun Nemətabad kəndində 27 yaşlı Mahmud Əliyev yaşadığı evin həyətində təsərrüfat işləri ilə məşğul olarkən onu ilan sancıb. Ağır vəziyyətdə Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən gəncin vəziyyəti orta-ağır qiymətləndirilir. Bu yay mövsümündə Ağdaşda 8 nəfəri ilan və digər zəhərli həşəratlar sancıb.

Zülfiyyə Telmanqızı