• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 856
— 11.09.2017 15:21

Anna Əlimərdanovadan bürünc

Polşada qadın boksçular arasında beynəlxalq turnir keçirilib. Azərbaycan 19 ölkənin mübarizə apardığı yarışda yığmamız 2 boksçu ilə təmsil olunub. Elbrus Rzayevin yetirmələrindən yalnız Anna Əlimərdanova mükafatçılar sırasına düşə bilib. 54 kq çəki dərəcəsində rinqə çıxan dəri əlcək ustamız turniri bürünc medalla başa vurub. Digər boksçumuz 60 kq-da Yana Alekseyevna isə 1/8 finalda uduzaraq turniri mükafatsız tərk edib.

 

Orxan Cəfərzadə