• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1354
— 08.09.2017 22:04

Gəncədə iki nəfər döyülüb

KepezTV Player

Gəncə şəhərində döyülmə faktları qeydə alınıb. Şəhər sakini 23 yaşlı Elmir Ələsgərov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatalogiya şöbəsinə gətirilib. Yaralıya tibbi yardım göstərilib, palataya yerləşdirilib, vəziyyəti orta-ağırdır. Elmir Ələsgərovun tanımadığı şəxs tərəfindən döyüldüyü bildirilir. Gəncə şəhərində yaşayan Kəlbəcər rayonundan olan məcburi köçkün 43 yaşlı Qəmər Nəsibova da eyni səbəblərdən xəstəxanaya gətirilib. Məlumata görə, qadın qardaşı tərəfindən döyülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu