KepezTV Player
Xətai rayonunda telefon mağazasından oğurluğa cəhdin qarşısı alınıb. Asan yolla pul əldə etmək istəyən gəncin arzusu ürəyində qalıb.
Hadisə səhər saat 5 radələrində Xətai rayonu Sarayevo küçəsində baş verib. Xətai rayon mühafizə idarəsinin əməkdaşları idarə tərəfindən mühafizə olunan obyektlərə baxış keçirmək üçün əraziyə çıxarkən mobil telefon mağazasının qarşısında özünü şübhəli aparan şəxs görüblər.
Əvvəllər CM-in oğurluq və dələduzluq maddələri ilə məhkumluğu olan Elvin Hümbətov da törətdiyi əməli etiraf edib.
Baş vermiş faktla əlaqədar Xətai Rayon Polis İdarəsində Cinayət işi başlanıb. Araşdırmalar aparılır.
Ruhəngiz Hacızadə
- Baxış: 564