• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1132
— 07.09.2017 13:23

Piyadanı vuran sürücü avtomobili aşırdı

KepezTV Player

Qaxda 23 yaşlı qızı maşın vurub. Hadisə Qax şəhəri M.V.Vidadi küçəsində baş verib. Qax şəhər sakini 38 yaşlı Abid Abidov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən, yolu keçmək istəyən Pərvanə Nəzərovanı vurub. Qəza nəticəsində idarəetməni itirən sürücü yoldan çıxaraq avtomobili aşırıb. Piyada və sürücü aldıqları müxtəlif bədən xəsarətləri ilə Qax Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar .Onlara ilkin tibbi yardım göstərilib, sürücünün xəsarətləri yüngül olduğundan ambulator müalicə almaq şərtilə evə buraxılıb. 23 yaşlı Pərvanə Nəzərova isə xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib. Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.