• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1064
— 07.09.2017 13:14

İkimərtəbəli ev yandı

KepezTV Player

Bu gün saat 12.00 radələrində Şəmkir rayonu, Kür qəsəbəsi Fidail Qasımov küçəsində Şahsənəm Məmmədovaya məxsus ümumi sahəsi 200 kv metr olan ikimərtəbəli taxta konstruksiyalı yaşayış evində yanğın baş verib. Hadisə yerinə Şəmkir Dövlət Yanğından Mühafizə Hissəsinin Kür qəsəbəsində yerləşən bölməsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub. Ancaq havanın küləkli olması və taxta konstruksiyaların çoxluğu alovu ram etməyə imkan verməyib. Bu səbəbdən rayon mərkəzindən əlavə olaraq yanğınsöndürmə briqadası çağırılıb. Həyata keçirilən tədbirlərlə yanğın söndürülüb. Hadisə nəticəsində sahəsi 48 kv metr olan ikinci mərtəbə tamamilə yanıb.  Ev sakinləri təxliyə olunub. Yanğının başvermə səbəbləri araşdırılır. 

Natiq Hüseyn