• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2342
— 06.09.2017 18:26

Oğul atasının malını talan etdi

KepezTV Player

Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı. Bu dəfə yeddi yox, bir oğul nəinki atanı dolandırmadı, hətta atanın dolanışığına qənim kəsildi. Oğurluq bir ayıb, bu naqisliyi doğma ataya qarşı törətmək başqa bir ayıb. Bəli, bu dəfəki dələduzluq oğul ata münasibətlərini dırnaqarasına, səbəbkarı isə dəmir barmaqlıqlar arasına saldı...

Avqustun 18-də Xətai rayonu ərazisində yaşayan İntiqam Ələkbərov 36-cı PB-yə müraciət edərək evindən 2300 manat pulun və 1300 manat dəyərində qızıl əşyalarının oğlu Səxavət Ələkbərov tərəfindən oğurlanması barədə məlumat verib. Bölmə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səxavət Ələkbərov saxlanılaraq istintaqa təhvil verilib. O, dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq bölməsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

 

Zülfiyyə Telmanqızı