• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2013
— 06.09.2017 16:47

Qəzalar ölüm və xəsarətlə nəticələndi

KepezTV Player

Ölümün qəfil və gözlənilməz gəlişi. Söhbət qəzalardan gedir.

Gəncə-İmamzadə yolunun Samuxun İnstitut qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətə olan “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobilin sürücü, Gəncə Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru İlqar Zeynalov və sərnişini Mahir Məmmədov hadisə yerində ölüblər. Bakı-Quba magistralının Siyəzən rayonu ərazisindən keçən hissəsində hərəkətdə olan avtomobil aşıb. Nəticədə paytaxt sakini, 42 yaşlı İbrahim İbrahimov, Rusiya vətəndaşları – 23 yaşlı Sədulla Maqomedov, 45 yaşlı Sayadxanım Aşurbekova və 43 yaşlı Esmira Abdullayeva xəsarət alıblar. Həmin şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq Esmira Abdullayevanın həyatını xilas etmək mümkün olmayıb.

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Qızılhacılı kəndində Şəki rayon sakini Elnur Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Naftalan şəhər sakini Məmməd Qarayevi vurub və idarəetməni itirdiyindən maşın qarşıdan gələn, Suma Behbudovanın idarə etdiyi “Vaz-21011”-lə toqquşub. Piyada hadisə yerində keçinib. Gədəbəydə isə azyaşlı qəzanın qurbanı olub. Arıqdam kəndində rayon sakini Cavid İsgəndərov idarə etdiy "Hyundai" markalı minik avtomobili ilə yolu keçmək istəyən 7 yaşlı İlham Hüseynlini vurub. Xəstəxanaya yerləşdirilən azyaşlı aldığı xəsarətlərdən orada dünyasını dəyişib. Daha bir ağır yol qəzası Xaçmazın Bakı prospektində baş verib. "VAZ 2106" markalı avtomobil velosipedlə hərəkətdə olan 12 yaşlı Orxan Daşdəmirovu vurub. Qəzanı törədən sürücü azyaşlını Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Yaralıya başın, sağ əlin və sağ dizin sıyrıntıları diaqnozu qoyulub. Faktlar araşdırılır.

 

Natiq Hüseyn