• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2139
— 01.09.2017 15:32

Gəncədə 16 mindən çox ailəyə Qurban bayram payı verildi

KepezTV Player

Qurban bayramı münasibətiylə Gəncədə 7 məntəqədə heyvanların kəsimi həyata keçirilib. 25-dən artıq iribuynuzlu, 1080 xırdabuynuzlu heyvan kəsilib. Qurban payları şəhərdə yaşayan şəhid ailələri, Qarabağ və Çernobıl əlilləri, Əfqanıstan veteranlarına təqdim olunub. İmtiyazlı vətəndaşlarla yanaşı, imkansız, kimsəsiz və sosial müdafiəyə ehtiyacı olan sakinlər də daxil olmaqla, ümumilikdə 16 mindən çox ailəyə verilib.

Bayandur Rzayev - Gəncə Şəhər Baytarlıq İdarəsinin rəisi: “İdarəmiz gücləndirilmiş iş rejimində çalışır. Diri heyvanların satışı şəhər rəhbərliyi tərəfindən ayrılmış xüsusi yerlədə aparılır. Məqsədimiz hər zaman olduğu kimi, bu dəfə də əhalinin keyfiyyətli qida məhsulları ilə təmin etməkdir”.

 

Gülnar Fazilqızı