• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1286
— 30.08.2017 19:01

İki rəfiqə bıçaqlandı

KepezTV Player

Bakının Nizami rayonunda iki qadın bıçaqlanıb. Insident Qara Qarayev prospekti, ev 61 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən binanın giriş qapısının qarşısında 24 yaşlı Vüsalə Saramanova və onun rəfiqəsi 32 yaşlı Elnarə Mikayılova naməlum şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Onların hər birinə altı bıçaq zərbəsi yetirilib. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatlarını Nizami RPİ-nin istintaqçıları araşdırır.

 

Zülfiyyə Telmanqızı