• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1833
— 30.08.2017 19:16

Elektrik cərəyanı can aldı

KepezTV Player

Astara rayonunda iki uşaq atasını elektrik cərəyanı vuraraq öldürüb. Hadisə rayonun Ərçivan kəndində baş verib. Yaranan borcla əlaqədar elektrik şəbəkəsinin əməkdaşları Anar Mürşüdovun yaşadığı evin enerjisini kəsiblər. 40 yaşlı Anar Mürşüdov işdən gəldikdə evdə elektrikin olmadığını görüb və kəsilən elektrik naqilini özü birləşdirmək üçün elektrik dirəyinə çıxıb. Orada onu yüksək gərginlikli elektrik cərəyanı vurub. Ağır bədən xəsarətləri alan Anar Mürşüdov ətrafdakıların köməyi ilə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı