Şəhər sakini Vilayəddin Hüseynov qarının kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən gəncin vəziyyəti orta ağır qiymətləndirilir. 18 yaşlı gəncin, şəhərin Dədə Qorqud küçəsindəki parkda bıçaqlandığı bildirilir. Onun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
- Baxış: 585