• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2405
— 29.08.2017 12:28

Şəmkirdə futbol yaşayacaq!

KepezTV Player

Şəmkir respublikamızda yalnız kənd təssərrüfatı rayonu kimi deyil, həm də futbol məkanı kimi tanınır. Rayonda uşaqdan böyüyə hamı milyonların sevimli idman növü ilə yaxından maraqlanır. Elə bunun nəticəsidir ki, Şəmkirdə kəndlərarası kütləvi futbol çempionatının keçirilməsi qərara alınıb.

Şəmkir futbol klubunun tarixi ənənələrini özünə qaytarmaq və idmanın kütləviliyinə nail olmaq məqsədi ilə rayon çempionatına start verilib. Yarışın rəsmi açılış mərasimində çıxış edənlər Şəmkir futbol klubunun yaranma tarixindən və əldə etdiyi uğurlardan danışıblar. Şəmkirdə peşəkar komandanın yaradılması üçün uşaq futboluna önəm verildiyi və yerlərdə yeni stadionaların inşa olunduğu diqqətə çatdırılıb. Keciriləcək rayon birinciliyində isə seçilən istedadlı gənclər rayon yığıma komandasının  tərkibində Şəmkiri müxtəlif yarışlarda təmsil edəcək.

Emin İsmayılov Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi: Bildiyiniz kimi Şəmkir futbol klubu müəyən çətinliklər üzləşmişdi. Biz qərara gəldik ki bu mövsüm Şəmkir futbol klubunun  fəaliyyətini qismən dayandıraq və növbəti ildən etibarən Şəmkir rayonun kənd və qəsəbələrində yaşayan potensiallı gənclərdən ibarət Şəmkir futbol klubunu formalaşdıraq. Bu gün turiniri keçirməyimzidə bir çox hədəflərimiz var. Anca qəsas hədəfimzi budur.

Yarışın açılış oyununda Çaparlı və Dəllər Cırdaxan komandalırı üz-üzə gəlib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyun 3:2 hesabı ilə  birincilərin xeyrinə başa çatıb. Rayon birinciliyi 4 qrupdan ibarət olmaqla 16 komoandanın iştirakı ilə keçirilir. Yarışlar dekabr ayının sonlarında başa çatacaq. Yekunda ilk üç yeri tutan komanadalar eləcədə turnirin müxtəlif nominasiyalar üzrə ən yaxşıları həvəsləndirici mükafata layiq görüləcəklər.

Natiq Hüseyn