• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2221
— 24.08.2017 14:48

“Qarabağ” qrup mərhələsindədir!

Tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində çıxış edən "Qarabağ" qrup mərhələsinə vəsiqə qazanıb. Səfərdə "Kopenhagen"lə qarşılaşan Azərbaycan çempionu 2:1 hesabı ilə uduzsa da, rəqib meydanında vurduğu qolla mərhələ adlayıb.

“Qarabağ” qrupdakı rəqiblərini  bu gün tanıyacaq. Monakoda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

 

Çempionlar Liqası, Pley-off mərhələsi

Cavab oyunu

23 avqust

 

“Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) - 2:1

Qollar: Santander, 45, Pavloviç, 66 - Dino, 63

Baş hakim: Alberto Undiano Mallenko

Kopenhagen. “Tella Parken” stadionu

İlk oyun – 0:1

 

Azad Rəfi