KepezTV Player
Kənd təsərrüfatı naziri Heydər Əsədov 90 fermerə 148 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikasının sənədlərini təqdim edib. Bu texnika onlara güəştli şərtlərlə verilib. Şəmkirdə “Aqrolizinq” ASC-dən lizinglə texnika götürən fermerlərlə görüşə Tovuz, Goranboy, Qazax, Samux, Gədəbəy, Yevlax və Gəncə şəhərindən olan fermerlər də qatılıb. Güzəştlərdən yararlanmaq istəyən fermerlərin elektron ərizələrinin qəbulu da aparılıb. Daha sonra Kənd təsərrüfatı naziri qərb bölgəsindən olan vətəndaşların qəbulunu keçirib. xahişlər, müraciətlər dinlənilib, problemlərin həlli üçün müvafiq tapşırıqlar verilib.
Xaliq Qurbanlı
- Baxış: 629