• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1821
— 25.08.2017 14:35

Gədəbəydə sərxoş sürücülər şou göstərdi

KepezTV Player

Sərxoş halda avtomobili idarə edib özünün və digər hərəkət iştirakçılarının həyatını təhlükə altına atan sürücülər bəzən yol polisinə müqavimət göstərməkdən belə çəkinməyib. Amma təbii ki, bununla heç nəyə nail olmayıblar. Əvəzində ətrafdakı insanlar bu sərxoş sürücülərin ifasında maraqlı şou izləyib. Söhbət Baş Dövlət Yol Polisi İdarəsinin ötən gecə Gədəbəydə keçirdiyi kütləvi reyddən gedir. ARB televiziyasının çəkiliş qrupunun da izlədiyi reyddən maraqlı görüntüləri təqdim edirik.

Yol polisi qanunun tələblərini izah etməyə sürücü isə sərxoş olduğundan özünə haqq qazandırmağa çalışır. Yay mövsümündə avtomobillərin intensivliyi müşahidə olunan Gədəbəydə sərxoş sürücülərin çoxluğu Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının diqqətindən yayınmayıb.

Çox təəssüf ki,  bu dəfə də  özlərinin və digər şəxslərin həyatını təhlükə altına atan “sürücülərə” rast gəlinib. Sürücülk vəsiqəsi olmadan avtomobili idarə edən bəzi sükan sahibləri polisə müqavimət göstərməkdən belə çəkinməyib. Amma Gədəbəy rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin şəxslərin barəsində müvafiq tədbirlər görülüb.

Yol polisi qaydaları pozan, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürət həddini aşan, avtomobili sənədsiz idarə edən  və ən əsası da spirtli içki qəbul edərək sükan arxasında əyləşən sürücülərə qarşı tədbirləri davam etdirir.  

 

Natiq Hüseyn