Ali məktəblərə dövlət sifarişi əsasında, yəni pulsuz ixtisaslar üzrə qəbul planı tam dolsa da, ödənişli ixtisaslar üzrə yerlər boş qalır. Yeni tədris ilində Gəncə şəhərində fəaliyyət göstərən 3 ali məktəbə tələbə qəbulu ötən illərə nisbətən yüksəkdi. Amma elə ixtisaslar var ki, ora tələbə qəbulu səviyyəsi çox aşağıdır. Səbəblər və təfərrüatlar növbəti sujetdə.
37 ildir ki, fəaliyyət göstərən Azərbaycan Texnalogiya Universtetindən bu il Təhsil Nazirliyinə 20 ixtisas üzrə 800 boş plan yeri təqdim edilib. Qəbul imtanında 600 nəfərə yaxın abituriyent keçid balı toplayaraq bu universtetə qəbul olunub ki, bu da yerlərin 70 faizi deməkdi. Bu göstərici ötən ilə nisbətən yüksək olsa da Gəncədəki digər 2 ali məktəbin qəbul faizindən aşağıdır.
Vüqar İsmayılov - Azərbaycan Texnalogiya Universitetinin tədris işləri üzrə prorektoru: “Boş qalmanın bir çox səbələri var. Birinci olaraq maarifləndirməni göstərə bilərik ki, ciddi olaraq maarifləndirmə aparmaq lazımdır. İkinci olaraq nəzərə alsaq ki, mühəndislik birinci qrupdan həyata keçirilir biz bu il təkliflər planı hazırlayaraq Təhsil Nazirliyinə göndərmək istəyirik ki, qəbul balı 150 bala salınsın. 150 bal olarsa bu sahələr də dolar”.
Gəncə Dövlət Universtetində yeni açılan Azərbaycan bölməsində maliyyə ixtisasının 30 boş plan yerinin hamısı dolub. Ümumilikdə isə universtetdə 40 ixtisas üzrə 1560 boş yer göstərilib ki, bu yerlərin də 1479-u sahibini tapıb. 81 boş yer qalıb ki, bunların da əksəriyyəti rus dilində təhsil aparılan fakültələrə aiddir.
Elturan Yusifov - GDU-nun tədris elektron mərkəzinin müdiri: “Rus bölməsi ixisaslarıdı, xarici dil müəllimliyidi, ibtidai sinif müəllimliyidi, menecment ixtisasıdı. Dördüncü qrupda kimya müəllimliyi, bialogiya müəllimliyi ixtisaslarına qəbul tam yerinə yetirliməyib. Tələbələrin təhsil haqqını ödəyə bilməməsi ilə bağlıdır, yaxşı hazırlaşıb bal yığa bilməməsi ilə bağlıdır. Müxtəlif səbəblər var”.
Respublikamızda aqrar sahə üzrə ali təhsil verən yeganə universitet - Azərbaycan Dövlət Aqrar Universteti bu ilə 1320 boş plan yeri ayırıb. Bu yerlərin 1188-i dolub. Bu il universitetdə 28 ixtisasdan yalnız 11-i dövlət sifarişlidir ki, bu yerlərin də hamısı tamamilə dolub. Qalan 132 yerin hamısı pullu ixtisaslar üzrədir.
Telman Musayev - ADAU-nun Sənəd qəbulu üzrə məsul şəxsi: “Bizdə Yer quruluşu torpaq və şəhər katastırı ixtisasına 60 plan yeri var idi. Həmin boş yerdən 28 nəfəri qəbul olunub. Hər il bu ixtisasa yalnız dövlət sifarişi ilə qəbul olunurdular. Bu il isə ödənişli əsaslarla qəbul olunur. Ona görədə çox qəbul olunmayan ixtisasımız budur”.
2017-2018-ci tədris ili üçün birinci turda tələbə adını qazanan abituriyentlərin qeydiyyatı avqustun 25-nə, ikinci turda qəbul olunanlar isə avqustun 31-nə kimi davam edəcək. Həmin müddətdə abituriyentin qeydiyyatdan keçməməsi onun həmin ixtisasdan imtina etməsi kimi qiymətləndiriləcək.
Elnur Vahidoğlu
- Baxış: 589