• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1329
— 19.08.2017 18:25

Gəncədə mini-futbol üzrə “Sevinc kuboku”na yekun vurulub

KepezTV Player

Ənənəvi olaraq hər il məktəblilər arasında təşkil edilən yarış yay tətili günlərində asudə vaxtın səmərəli keçirilməsinə hesablanıb. 2 həftə müddətində davam edən cari turnirdə şəhərin müxtəlif idman məktəblərinin 13 təmsilçisi mükafatlar uğrunda qüvvəsini sınayıb. Komandalar əvvəlcə qrupda mübarizəyə başlayıb, bu mərhələdə fərqlənənlər yarımfinalda, ən güclülər isə finalda yarışıb. Həlledici oyunda “Təbriz” komandasını 1:7 hesabı ilə məğlub edən “Azəri TİM” turnirin qalibi olub. Final matçından sonra yarışın bağlanış mərasimi keçirilib. İlk üçlüyə düşən kollektivlər və müxtəlif nominasiya üzrə futbolçular mükafatlandırılıb.

Azad Rəfi