KepezTV Player
Göygöldə ailə münaqişəsi zəminində qan tökülüb. Hadisə Yeni Qızılca kəndində baş verib. Usta işləyən Zaur Əliyev həyat yoldaşı 28 yaşlı Günel Əliyevanın başını kəsib. Ürəyi soyumayan kişi xalası olan qaynanası – 53 yaşlı Minayə Əliyevanı da boğaz nahiyəsindən bıçaqlayıb. Həyat yoldaşı hadisə yerində, qaynanası xəstəxanaya aparılarkən yolda ölüb. Meyitlər Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının morquna aparılıb. Zaur Əliyev polisə təslim olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. Ailənin 7-8 yaşlarında iki uşağının olduğu, hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Elnur Vahidoğlu
- Baxış: 1216