• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1321
— 17.08.2017 17:28

300-dən çox tibb işçisi qan verdi

KepezTV Player

Bütün dünuyada olduğu kimi Azərbaycanda da müxtəlif qan xəstəliklərindən əziyyət çəkən yüzlərlər insan yaşamaqdadır. Belə  xəstəliklərdən əziyyət çəkənlərin, xüsusəndə Hemofiliya və Talasemiya xəstəliklərinin müalicəsində  əsasən donorların qanına ehtiyyac duyulur. Məhz elə buna görədə hər il ölkədə qan xəstəliklərindən əziyyət çəkənlərə kömək məqsədi ilə könüllü olaraq qan vermə aksiyaları təşkil olunur. Belə aksiyalardan biridə bu gün Göygöl rayonunda keçirilib. Rayonun  tibb işçiləri arasında keçirilən qanvermədə mərkəzi xəstəxana, poliklnika, 10 kənd xəstəxanası və 33 tibb məntəqəsindən 300 dən çox sağlamlıq keşikçisi və tibbi personal, donorlara ehtiyyacı olan xəstələrə yardım ediblər. Əldə olunan qanlar yolxucu xəstəliklərə qarşı yoxlanıldıqdan sonra adiyyatı üzrə istifadə olunacaq.

Xalidə Əsgərova tibb bacısı: Bu götürülən qanlar müxtəlif qan xəstəliklərin müalicəsində istifadə olunacaqdır. Buna görədə bütün tibb işçiləri könüllü şəkildə qanvermədə iştirak edirik. Bizimdə hər hansı bir qan xəstəliyindən əziyyət çəkən insana köməyimiz dəydiyi üçün çox şadıq.

Eldar Muradov Göygöl MRX-nın baş həkimin müavini: Hal-hazırda bizim işçilər çox həvəslə qanvermədə iştirak edir. Mən hesab edirəm ki, bu qanvermə aksiyası, respublika vətəndaşlarının birliyi demmmçəkdir, birlikdə hər-hansı bir problemə qalib gəlmək deməkdir və hər hansı bir ciddi məsələnin həllinə dəstək deməkdir.