Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Qərvənd kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” və “VAZ 21015” markalı iki avtomobil toqquşub. Nəticədə Tərtər rayonunun Sarov kənd sakini, 63 yaşlı Tofiq Paşayev və bacısı 52 yaşlı Kifayət Paşayeva xəsarət alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Tofiq Paşayevə alın nahiyyəsinin əzilmiş yarası, döş qəfəsinin küt travması, bacısına isə alın nahiyyəsində hematoma diaqnozu qoyulub. Tibbi yardım göstərildikdən sonra hər iki zərərçəkən ambulator müalicəyə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 357