• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2323
— 14.08.2017 18:19

900-ə yaxın müxtəlif tipli hərbi sursat aşkarlandı

KepezTV Player

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri Gədəbəy rayonunda mina və partlamamış hərbi sursat aşkar ediblər. Rayonun Söyüdlü kəndində su hövzəsinə baxış keçirilib. Nəticədə 900-ə yaxın müxtəlif tipli hərbi sursat, o cümlədən 18 ədəd əl qumbarası F-1, 6 ədəd tank əleyhinə raket, 4 ədəd tratil şaşkası, 10 ədəd partladıcı, 6 ədəd tank əleyhinə qumbara kapsulu, 1 ədəd tank əleyhinə qumbaranın tutacaq hissəsi, 1 ədəd tank əleyhinə raketin mühərrik hissəsi, 840 ədəd 5.45 mm-lik patron, 7 ədəd avtomat darağı və 2 ədəd RPK-74 darağı aşkar edilərək agentliyin Ağstafadakı mərkəzi məhvetmə ərazisinə aparılıb. 

 

Zülfiyyə Telmanqızı