• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1072
— 14.08.2017 18:44

Sərxoş sürücülər hədəf seçildilər

KepezTV Player

Sərxoş sürücülərin aşkar edilməsi üçün belə reydlər xüsusən istirahət məkanlarında tez-tez həyata keçirilir. 60-a yaxın istirahət mərkəzinin yerləşdiyi Nabran da bu baxımdan istisna deyil. Gecə saatlarına qədər davam edən reyd zamanı 58 qayda pozuntusu aşkarlanıb.

Reyd zamanı avtomobili sərxoş halda idarə edən, ötmə və manevr qaydasını pozan, avtomobilində əlavə avadanlıqlar yerləşdirən sürücülər cəzalandırıldı.

Diqqət çəkən məqam isə əvvəlki illərlə müqayisədə sərxoş sürücülərə az rast gəlinməsidir.

Reydlərin mütəmadi keçirilməsi planlaşdırılır. 

 

Zülfiyyə Telmanqızı