Lənkəranda dünyaya gələn 7 günlük körpə ölüb. Yaxınları körpənin həkim səhlənkarlığının qurbanı olduğunu iddia edirlər.
Masallı rayonunun Həsənli kənd sakini 20 yaşlı Kəmalə Vəlişova müayinə olunmaq üçün bir neçə gün əvvəl valideynləri tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Masallı rayonunda ultrasəs müayinəsindən keçən Kəmalə Vəlişovaya həkimlər doğuşun vaxtına bir neçə gün qalması barədə məlumat veriblər. Lakin qadın təkrar yoxlamadan keçmək üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində gətirilib. Yaxınları deyir ki, xəstəxanaya gətiriləndə Kəmalə Vəlişovanın səhhətində heç bir problem olmayıb.
Bundan başqa Kəmalə Vəlişovanın valideynləri onu müayinə edən həkimə bildiriblər ki, Masallı rayonunda müayinə zamanı ana 32 həftəlik hamilə olduğunu bildiriblər. Lakin, gənc ananı müayinə edən Hicran adlı həkim bu məlumatın doğru olmadığını deyib və ana avqustun 5-də qeysəriyyə yolu ilə əməliyyat olunub. Əməliyyatdan sonra məlum olub ki, ananın bətnindəki döl 32 həftəlikdir. Yəni, körpə həkimin səhlənkarlığı səbəbindən 45 gün tez dünyaya gəlib. Və xüsusi kameraya yerləşdirilib. Lakin 7 gün sonra avqustun 12-də körpənin ailəsinə onun ölüm xəbəri verilib.
Məsələ ilə bağlı Lənkəran Rayon Mərkəzi xəstəxanasının doğuş şöbəsindən verilən məlumata görə, ana heç bir il olmayıb ki, qeysəriyyə əməliyyatı olunub. Həmin əməliyyatdan sonra qadına ən az bir il hamilə qalmaması məsləhət görülüb. 7 günlük körpənin ölüm səbəbləri araşdırılır. Körpənin meyitini müayinə etmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Buradan götürülən nümünələr Səhiyyə Nazirliyinin muvafiq qrumlarında yoxlanılacaq. Ölümün dəqiq səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 389