• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 751
— 11.08.2017 18:02

Uşağı gözdən qoydular, faciə yaşandı

KepezTV Player

Uşağı gözdən qoydular, faciə yaşandı. Valideyn diqqətsizliyi peşmanlıqla nəticələndi. Belə ki, Neftçalada 8 yaşlı uşaq dərman içərək zəhərlənib. Hadisə rayonun Qaçaqkənd kəndində qeydə alınıb. Vəzifə Rəcəbli evdə nəzarətsiz qaldığından stolun üstünə qoyulmuş həblərdən bir neçəsini udduğu üçün halı pisləşib. Azyaşlı qızın vəziyyətinin ağır olduğunu görən doğmaları onu Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Xəstə ilki tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Uşaq hazırda koma vəziyyətindədir. Onun müalicəsi üçün paytaxtdan həkimlər dəvət olunub.

 

Vüsalə Camal